İraqın Səncar məntəqəsində bir kütləvi qəbir aşkar edilib
Apr 16, 2019 04:38 Asia/Baku
-
Səncar məntəqəsində bir kütləvi qəbir aşkar edilib
İraqlı mənbələr dünən bu ölkənin Neynəva vilayətinin qərbində yerləşən Səncar məntəqəsində bir kütləvi qəbirin aşkar edilməsindən xəbər veriblər.
Bu kütləvi qəbirdə İŞİD terror qrupu ünsürlərinin edam etdikləri 500 yezidi cəsədi mövcuddur.
"Kucu" yezidi sakinli bir kənd idi. 2014-cü ildə bu kəndin əhalisinin sayı 1700 nəfər idi. Bu sakinlər soyqırımına məruz qalıblar.
İndiyədək İraqın Səncar məntəqəsində 70-dən çox kütləvi qəbir aşkar edilib.
Birləşmiş Millətlər Təşkilatı 2018-ci ilin noyabr ayında bildirdi ki, İŞİD terror qrupu 2014-2017-ci illər arasında işğal etdiyi İraqın müxtəlif məntəqələrində 200-dən çox kütləvi qəbir yaradıbdır.