Sənadakı didərginlər son dərəcə ağır şəraitə malikdirlər
-
Sənadakı didərginlər son dərəcə ağır şəraitə malikdirlər
Yəmən savaşının özünün beşinci ilinə daxil olması ilə bu ölkə xalqının əzab-əziyyətləri daha da artıbdır. Yerli orqan və müəssisələrin Sənanın şimalında yerləşən düşərgədəki didərginlərə göstərdikləri bütün xidmətlərə rəğmən, beynəlxalq orqanların diqqətlərinin olmamasına görə, göstərilən xidmətlər bir çox didərgin üçün yetərli deyildir.
Yəmənin paytaxtından şimalda yerləşən Zərvan məntəqəsində yəmənli didərginlər üçün ən böyük düşərgə salınıb. Amma bu düşərgədə yaşayan didərginlərin yaşayışına nəzər salmaq daha çox müsibətnaməyə bənzəyir. Bu düşərgədəki didərginlərin ağır insani şəraiti Yəmən xalqının müharibə illərindəki pis şəraitini açıq şəkildə sərgiləyir. Bu məntəqədə əsas yaşayış imkanlarının olmaması açıq şəkildə görünür. Bu düşərgədəki didərginlər hətta yağış qarşısında özlərini qorumaq üçün minimum imkanlara belə malik deyillər. Yəməndə vəbanın olması bu məntəqə sakinlərinin faciəsinin dərinliyini ikiqat artırıbdır. Səhiyyə-müalicə xidmətlərinin olmaması vəbanın bu düşərgədə inkişaf etməsinə bais olubdur.
Zərvan düşərgəsi didərginlərindən biri deyib: Vəba bu məntəqədə yayılıbdır. Vəbadan başqa, bu məntəqədə bir çox digər xəstəliklər yayılır. Bir çox uşaq xəstəliklərin şiddəti üzündən dünyadan gedir. Bu düşərgədəki didərginlərdən onlarla nəfər yerli təşkilatlardan birinin paylamaqda olduğu qida maddələri daşıyan maşınların ətrafına toplaşıb və qida maddələrinin intizarındadır. Bu düşərgədəki didərginlərdən biri deyir: Beynəlxalq orqan və təşkilatlardan heç biri bizə yardım etmir. Yerli müəssisələrin əhali arasında payladıqları məhdud köməklər də bu düşərgənin bütün sakinlərinə çatmır. Belə bir halda, bu düşərgədəki didərginlərin sayı günü-gündən çoxalır. Statistikalara əsasən, Yəməndə dörd il müharibə boyu üç milyon 500 mindən çox yəmənli didərgin olubdur ki, onların vəziyyəti ağır elan edilibdir.