Psixotrop həblərin Ərəbistana geniş qaçaqmalçılığı
-
Psixotrop həblərin Ərəbistana geniş qaçaqmalçılığı
Livan ümumi təhlükəsizlik təşkilatı Ərəbistana ünvanlanmış 804 min ədəd psixotrop həbin aşkar və müsadirə edilməsindən xəbər verib.
Regionda terrorçuları idarə edən ölkələrdən birinə ünvanlanmış psixotrop həblərin aşkar edilməsi.
Livan ümumi təhlükəsizlik təşkilatı Ərəbistana ünvanlanmış 804 min ədəd psixotrop həbin aşkar və müsadirə edilməsindən xəbər verib: Böyük bir səhvdir və bu proses dayandırılmalıdır. Biz doğrudan da narahatıq. Bu iş bizim ölkəmizdən sui-istifadədir. Və mütləq bizə ziyan vuracaq. Bu həbləri istehlak edən şəxslər ağıllarını itirirlər. Bu həblərdən İŞİD-çilər intihar əməliyyatlarında istifadə edirdilər və təəssüflər olsun ki, bu həblər uzun müddətdir, Ərəbistana qaçaq edilir.
Bundan öncə, 2015-ci ildə İŞİD-in intihar əməliyyatlarının kulminasiya nöqtəsində... şahzadə Əbdulmuhsin bin Vəlid Ali-Səuddan 2000 kiloqam psixotrop həbin aşkar edilməsilə bu maddələrin Ərəbistana geniş şəkildə tranziti ifşa olundu: Səudlar terrorçuları bu psixotrop maddələrə qurşandırmaqla İraqda, Suriyada və hətta Livanın özündə geniş əməliyyatları istiqamətləndirirdilər. Və bu gün əməliyyatlar Liviyada keçirilir və onun təhlükəsi Sudanda hiss olunur, çünki Ərəbisanın bu ölkələrə müdaxiləsi aşkardır.
Livan ümumi təhlükəsizlik təşkilatı bildirib ki, həbs olunmuş qaçaqmalçılar ötən bir ildə bu maddələrdən ibarət beş iri yükün Ərəbistana göndərildiyini etiraf ediblər.
Livanlılar öz ölkələrinin səud terrorçuları üçün psixotrop maddələrin tranziti məkanına çevrilməsini istəmirlər.