Apr 21, 2019 11:28 Asia/Baku
  • Nəcranda səud təcavüzkarlarının casusluq pilotsuzu məhv edilib
    Nəcranda səud təcavüzkarlarının casusluq pilotsuzu məhv edilib

Yəmən ordusu və xalq komitələri qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Ərəbistanın Nəcran şəhərinin "Vadi Ali-Əbu-Cəbbarə " məntəqəsində səud təcavüzkarlarının casusluq pilotsuzunun məhv edilməsindən xəbər veriblər.

Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi də "Bədr-F" tipli bir ədəd yerli ballistik raketi səud ordusunun Ərəbistanın Cizan məntəqəsindəki mövqelərinə atıbdır. Nəticədə səud düşmənə ağır xəsarətlərin dəyməsindən əlavə, bir qrup ərəbistanlı hərbçi də ölüb və ya yaralanıbdır.

Bu raket hücumu muzdurların Cizanın Əlistiqbal düşərgəsindəki hərəkətlərinin dəqiq şəkildə izlənilməsindən sonra həyata keçirilibdir.

Bundan öncə də Yəmən ordusu və xalq komitələri qüvvələri "Bədr-F" tipli bir ədəd yerli ballistik raketi səud muzdurlarının Yəmənin cənubundakı Əlzalə əyalətinin Həkulə bazasındakı mövqelərinə ataraq, bir qrup səud təcavüzkarını məhv etmişdilər.

Yəmənin ordusu və Ənsarullah hərəkatı tərəfindən düzəldilmiş "Bədr-F" tipli ballistik raketinin təqdimat mərasimi ötən həftənin çərşənbə axşamı günü keçirildi.

Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günü-gündən artmaqdadır.

 

Teqlər