Apr 22, 2019 09:58 Asia/Baku
  • Yəmənlilərin raket əməliyyatında səud koalisiyasından 54 hərbçi öldürülüb
    Yəmənlilərin raket əməliyyatında səud koalisiyasından 54 hərbçi öldürülüb

Yəmən silahlı qüvvələrinin sözcüşü deyib: Yəmən ordusunun Ərəbistanın cənubuna qarşı raket əməliyyatında 9 səud zabiti və səud koalisiyasının tabeliyində olan 45 nəfər məhv edilib.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, bu hərbçilər Yəmən ordusunun raket bölməsinin səud hərbçilərinin Ərəbistanın Cizan şəhərində yerləşən Təval məntəqəsinin qərbindəki bazasına qarşı "Bədr-4" tipli raketlə hücumunda məhv ediliblər.

Yəhya Səri qeyd edib ki, bu raket əməliyyatında onlarla səud hərbçisi də yaralanıbdır.

Belə bir halda, yəmənli qüvvələr dünən gecə Əlhudəydədə yerləşən "16-cı kilometr" adlı məntəqədə səud koalisiyasının bir ədəd casusluq pilotsuzunu vurublar.

Ərəbistan və əmirliklər 2015-ci ildə Amerikanın köməyilə bir neçə ərəb ölkəsindən təşkil olunmuş koalisiya formasında ən yoxsul ərəb ölkəsi olan Yəmənə qarşı geniş hücumlara başladılar ki, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakmiyyətə qaytarmaq bəhanəsilə özlərinin siyasi tamahkarlıqları və hədəflərinə çatsınlar.

Təcavüzkar səud koalisiyası və onların müttəfiqləri Yəmənin infrastrukturlarını məhv və minlərlə mülkini qırğın etdikdən sonra bu ölkə xalqının müqavimətinə görə, öz tamahkarcasına məqsədlərinə çata bilməyiblər.

 

Teqlər