S.H.Nəsrullah: İŞİD Ərəbistanın və vəhhabilik təfəkkürünün məhsuludur
Livan Hizbullahının baş katibi İŞİD-i Ərəbistanın və vəhhabilik təfəkkürünün məhsulu adlandırıb və belə vurğulayıb: Terror qrupları öz təfəkkürlərini səud dini müəssisələrindən borc alır və elə həmin təfəkkürlə xalqları qırırlar.
Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah dünən axşam video-konfrans yolu ilə Beyrutun cənubunda yerləşən "Ber Həsən" məntəqəsində İmam Məhdi(əc) yardım cəmiyyətinin üzvləri qarşısında deyib: İslam və ərəb dünyası Ərəbistan və əmirliklərin Yəmən və Bəhreyndəki siyasətlərinin həqiqəti, Sudan və Liviyadakı müdaxilələri, həmçinin "əsrin sövdələşməsi"ndəki rollarını ifşa etməlidirlər.
Livan Hizbullahının baş katibi həmçinin İrandan neft satın alan bəzi ölkələrə tətbiq edilmiş güzəştlərin uzadılmayacağına toxunaraq, deyib: Dünya xalqları Amerikanın İrana və digər ölkələrə qarşı siyasətlərilə müxalifdirlər və Amerikanın bu kimi qərarları ilə mübarizə aparılmalıdır.
Seyyid Həsən Nəsrullah əlavə edib: Amerika terrorizmin himayədarıdır və minlərlə nəfəri qətlə yetirir, amma terrorizmlə mübarizə iddiası ilə çıxış edərək, Qüdsü və Qolanı sionist rejimə verir.
"Fələstin xalqı ümidvar olmalıdır" deyən Livan Hizbullahının baş katibi vurğulayıb: Fələstin xalqının ümidə malik olacağı zamanadək heç kəs "əsrin sövdələşməsi"ni və ya başqa bir şeyi ona qəbul etdirə bilməz.
Seyyid Həsən Nəsrullah sonra Küveytin Əl-Rəy qəzetinin onun adından Livan ilə sionist rejimin yayda savaşa girəcəklərinə dair xəbərini təkzib edərək, deyib: Sionist rejimin quru qoşunları və daxili cəhbəsinin hazır olmamasına görə, bu rejim digər bir müharibəyə başlaya bilməz.
Livan Hizbullahının baş katibi çıxışının digər bir hissəsində Şri-Lankadakı terror hücumlarını pisləyərək, onu vənşicəsinə bir terror hərəkəti adlandırıb və terrorizm fenomeni, onun kökləri və himayədarları ilə mübarizəyə təkid edib.