Qətər sionist rejimin Məsciduləqsadakı təcavüzlərinin dayandırılmasını istəyib
Apr 26, 2019 20:40 Asia/Baku
Qətərin xarici işlər naziri dünya ictimaiyyətindən istəyibdir ki, sionist rejimin Məsciduləqsadakı qanunsuz hərəkətlərinə son qoymaq üçün tədbir töksün.
Qətərin xarici işlər naziri Şeyx Muhəmməd bin Ədburrəhman Ali-Sani sionist işğalçıların Məsciduləqsanın daxilinə hücumunu beynəlxalq razılaşmalar və qətnamələrin aşkar şəkildə pozulması adlandırıb. O, fələstinlilər müstəqil ölkənin təşkili üzrə öz qanuni haqlarına çatmadan Fələstin məsələsinin həll yolunun ardınca olan tərəflərin israrı barədə təəccüb ifadə edibdir.
Yüzlərlə sionist qəsəbə sakini yəhudilərin bayramı münasibətilə dünən səhər dördüncü gün dalbadal Məsciduləqsaya basqın edibdir.