İordaniyalılar sionist rejimin bayrağını yandırdılar
İordaniyalılar cümə namazında iştirak etdikdən sonra İordaniyanın tarixi Əl-Kerak şəhərinin merinin İsrailli turistləri xoş qarşılamasına etiraz olaraq İsrailin bayrağını yandırıblar.
Fars xəbər agentliyinin bildirdiyinə görə, Kerak şəhərinin əhalisi etiraz aksiyası təşkil edərək, şəhər merinin bu addımını qınayıb və İsrail rejimi ilə əlaqələrin normallaşdırılmasını rüsvayçılıq adlandırıblar.
Şəhər əhalisi cümə namazında iştirak etdikdən sonra Kerak şəhəriin meri İbrahim Əl-Kerakinin kənarlaşdırılmasını istəyib və İsrailin Fələstin torpaqlarını işğal etmək və İslam müqəddəslərinə hörmətsizlik etməklə müsəlmanların düşmanı olduğunu və iordaniya xalqının Fələstin xalqının müqavimətini və Qüdsün paytaxt olması ilə müstəqil Fələstin ölkəsinin təsis edilməsi uğrundakı mbarizələrini dəstəklədiklərini bildiriblər.
İordaniya mediaları da İbrahim Əl-Kerakinin sionist turistlərə, bir turist məntəqəsindəki qorunan əraziyə daxil olmalarına kömək etməsinin ölkə xalqının qəzəbinə səbəb olduğunu bildiriblər.
İordaniya xalqı davamlı olaraq İsrail rejimi ilə əlaqələrin normallaşdırılmasına qarşı çıxaraq, dəfələrlə bu rejim ilə əlaqələrin kəsilməsini istəyib.