Suriyanın Həma vilayətində "Qələtül-Məziq" şəhəri azad edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340140-suriyanın_həma_vilayətində_qələtül_məziq_şəhəri_azad_edildi
Suriya ordusu strateji əhəmiyyətli Qələtül-Məziq şəhərini Ənnüsrə Cəbhəsi terrorçularının işğalından azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2019 16:21 Asia/Baku
  • Suriyanın Həma vilayətində

Suriya ordusu strateji əhəmiyyətli Qələtül-Məziq şəhərini Ənnüsrə Cəbhəsi terrorçularının işğalından azad ediblər.

Suriya İnsan Haqlarına Nəzarət Təşkilatının məlumatına görə, cümə günü Suriya ordusunun hərbi əməliyyatları zamanı terrorçular Qələtül-Məziq şəhərini tərk etməyə məcbur olublar. 

Suriya ordusu çərşənbə günü də strateji əhəmiyyətli Kəfər Nəbudə qəsəbəsini terrorçuların işğalından azad etmişdi. 

Kəfər Nəbudə qəsəbəsi Həma vilayətində yerləşir və bu vilayətin şərq və qərb məntəqələri arasında körpü rolu oynayır. 

Suriya ötən 9 ildə ABŞ, Qərb dövlətləri, irticaçı ərəb ölkələri və İsrailin himayəsində olan terrorçuların hücumu nəticəsində gərginlik və müharibənin şahididir.