Səfalət günü yürüşündə bir qrup fələstinli xəsarət aldı
İsrail hərbçilərinin Qəzzənin şərqində fələstinli yürüş iştirakçılarına hücum etməsi nəticəsində bir qrup fələstinli yaralanıb.
İRİB-nin bildirdiyinə görə, Fələstinin Səhiyyə Nazirliyi çərşənbə günü bildirdi ki, işğalçı sionist rejimin silahlı qüvvələrinin Qəzzənin şərqində "Səfalət günü" yürüşü iştirakçılarına hücum etmələri nəticəsində 8 fələstinli yaralanıb.
Minlərlə fələstinli bu gün Fələstinin işğal edilməsnin 71-ci ildönümü münasibətilə "Səfalət günü" yürüşündə iştirak edib.
İordan çayının qərb sahili və Qəzzə zolağında keçirilən yürüşlərdə Qəzzənin mühasirəsinin yarılmasına, fələstinli didərginlərin öz torpaqlarına qayıtmasına təkid edilib.
Yürüş iştirakçıları həmçinin "Əsrin anlaşması" adlı amerikan plana qarşı öz nifrət və qəzəblərini bəyan ediblər.
Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin siyasi bürosunun üzvü Cəmil Məzhər müqavimət cəbhəsini məhdudlaşdırmağa planlaşdırılmış "Əsrin Anlaşması"nın nəticəsiz qalacağını dedi.
Fələstin Xalq Partiyasının siyasi bürosunun üzvü Vəlid Əl-Əvəz də dedi: İşğal edilmiş əraziləri azad etmək İsrail rejimi ilə mübarizənin başlıca hissəsidir və "Qayıdış Haqqı" yürüşləri bunun həll yolu sayılır.