Bəhreyn Xarici İşlər Nazirliyinin bəyanatına İraqdan sərt cavab
May 19, 2019 14:47 Asia/Baku
Bəhreynin Xarici İşlər Nazirliyinin öz vətəndaşlarından İraqa səfər etməmələrni və hazırda İraqda olan Bəhreyn vətəndaşlarının dərhal bu ölkədən çıxmalarını istəməsinin ardınca, İraq Parlamenti Ali-Xəlifə rejiminə möhkəm cavab verib.
İRİB-nin bildirdiyinə görə, İraq Parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Kərim Ələvi Bəhreynin bu hərəkətinə reaksiy aolaraq dedi: Bəhreyn və bir sıra digər ölkə istənilən mövzuda ABŞ-a tabe ölkələrdirlər və bu kimi çağırışların edilməsində məqsəd İraqın imicinə zərbə vurmaqdır.
Əlivi iraqda təhlükəsizlik durumunun sabit və yaxşı olduğunu deyərək, əlavə edib: İraqın təhlükəsizlk qüvvələri vəziyyətə nəzarət edirlər və xarici ölkə vətəndaşlarını heç bir təhlükə təhdid etmir.