Təl-Əvivdə minlərlə nəfər Netanyahu əleyhinə aksiya keçirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341190-təl_Əvivdə_minlərlə_nəfər_netanyahu_əleyhinə_aksiya_keçirdi
İşğal edilmiş Fələstinin minlərlə sakini şənbə günü axşam Təl-Əvivdə sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiyasına etiraz olaraq aksiya keçirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2019 05:11 Asia/Baku
  • Təl-Əvivdə minlərlə nəfər Netanyahu əleyhinə aksiya keçirdi
    Təl-Əvivdə minlərlə nəfər Netanyahu əleyhinə aksiya keçirdi

İşğal edilmiş Fələstinin minlərlə sakini şənbə günü axşam Təl-Əvivdə sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiyasına etiraz olaraq aksiya keçirdi.

İRNA-nın məlumatına görə, işğal edilmiş Fələstinin sakinləri bu etiraz aksiyasında Netanyahuya məhkəmə toxunulmazlığının verilməsinə etiraz edərək, baş nazirin mühakimə prosesinin sürətləndirilməsini istəyiblər. 

İşğal edilmiş ərazilər ötən aylarda dəfələrlə sionist rejimin baş naziri Benyamin Netanyahu əleyhinə etirazların şahidi olub. 

Sionist rejim polisi baş nazirlə bağlı 4 cinayət işi qaldırıb.

Netanyahu korrupsiyada ittiham olunan və istintaqa cəlb olunan ilk sionist rejim rəsmisi nist. Bundan öncə sionist rejimin müxtəlif rəsmiləri əxlaqsızlıq, rüşvətxorluq və korrupsiyad ittiham və mhakimə olunublar.