Yəmən ordusu Cizan hava limanında Ərəbistan qırıcılarının anqarını vurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341198-yəmən_ordusu_cizan_hava_limanında_Ərəbistan_qırıcılarının_anqarını_vurdu
Yəmən ordusu və xalq qüvvələrinin pilotsuz uçan aparat bölməsi bu gün bazar Qasif K2 pilotsuz uçan aparatı ilə təcavüzkar koalisiyanın Cizan hava limanındakı qırıcılarının anqarını hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2019 09:13 Asia/Baku
  • Yəmən ordusu Cizan hava limanında Ərəbistan qırıcılarının anqarını vurdu
    Yəmən ordusu Cizan hava limanında Ərəbistan qırıcılarının anqarını vurdu

Yəmən ordusu və xalq qüvvələrinin pilotsuz uçan aparat bölməsi bu gün bazar Qasif K2 pilotsuz uçan aparatı ilə təcavüzkar koalisiyanın Cizan hava limanındakı qırıcılarının anqarını hədəfə alıb.

Əl-Məyadin informasiya kanalının bildirdiyinə görə, Yəmən ordusu və xalq qüvvələrinin pilotsuz uçan aparat bölməsi Ərəbistanın cənub qərbində, Cizan vilayətində Səudiyyə qırıcılarının anqarını yüksək dəqiqliklə hədəfə alıb. 

Ənsarullah hərəkatının sözçüsü Əziz Raşid bu əməliyyatı təsdiq edərək, dedi: Səudiyyə rəsmiləri hələ ki, bu barədə sükut edirlər. Çünki, məsələni gizlətməyə çalışırlar. 

Əziz Raşid Ərəbistanın bütün hava limanlarının yəmənlilərin hədəf mənzilində olduğunu deyərək, əlavə etdi: Bu günkü əməliyyat ötən cümə günü Ərəbistan qırıcılarının Təiz vilayətindəki Maviyə şəhərində yanacaqdoldurma məntəqəsinə olan hücumlarına cavab sayılır. 

Təcavüzkarların cümə günü Təiz vilayətinə olan hücumunda 9 mülki o cümlədən bir neçə uşaq ölmüşdü.