YUNİSEF(UNICEF) Yəməndə savaş qurbanı olan uşaqların sayının artması haqda xəbərdarlıq edib
BMT-nin uşaq fondu- YUNİSEF xəbərdarlıq edərək bildirib ki, ötən on gündə 27 yəmənli uşaq ölüb və ya yaralanıbdır.
YUNİSEF dünən bu xəbəri verərək, heç bir tərəfi ittihamlandırmadan Yəməndə mülki təsisatların hədəfə alınmalarının dayandırılmasını istəyibdir.
Amma bu orqan qeyd edibdir ki, həmin yəmənli uşaqlar təcavüzkar səud koalisiyasının son hava hücumunda Sənada ölüb və ya yaralanıblar.
Həmçinin Yəmənin cənubunda yerləşən Təiz əyalətində bir yanacaqdoldurma məntəqəsinə qarşı hava hücumunda bir qrup sivil həlak olubdur ki, yəmənli qüvvələrin dediklərinə görə, səud koalisiyası bu cinayəti törədibdir.
YUNİSEF sonra xəbərdarlıq edibdir ki, Yəməndə uşaqlar üçün heç bir təhlükəsiz yer yoxdur və bu münaqişə onları evlərdə, məktəblərdə və oyun məkanlarında təqib edir.
YUNİSEF-in bildirdiyinə görə, ABŞ-ın himayəsi altında səud koalisiyasının Yəmənin məzlum xalqına qarşı təcavüzündə iki mindən çox uşaq öldürülübdür.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsi və Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakmiyyətə qaytarmaq bəhanəsi ilə 2015-ci ilin martında bu ölkəyə hərbi hücum etdi ki, bu militarizm indiyədək Yəmən xalqından minlərlə nəfərin həyatını itirməsi və milyonlarla nəfərin didərgin düşməsilə nəticələnibdir.