May 29, 2019 21:28 Asia/Baku
  • Seyid Həsən Nəsrullah Ümumdünya Qüds Günü münasibətilə bəyanat verdi
    Seyid Həsən Nəsrullah Ümumdünya Qüds Günü münasibətilə bəyanat verdi

Livan Hizbullahının baş katibi bir video müraciətdə Ümumdünya Qüds günü və onun əhəmiyyətinə işarə edərək, xalqı Qüds günü yürüşündə iştiraka səslədi.

Seyid Həsən Nəsrullah çərşənbə günü dedi: ABŞ rəsmiləri "Əsrin anlaşması" adlı planın Ramazan ayından sonra icraya qoyulacağını deyirlər və bu istiqamətdə ilk addım olaraq Bəhreynin paytaxtı Manamada iqtisadi konfrans təşkil edirlər. 

Livan Hizbullahının baş katibi daha sonra bütün müsəlmanları öz tarixi vəzifələri qarşısında məsuliyyət hissi keçirməyə və Fələstin məsələsinin həllinə yönəlmiş bu fitnə qarşısında ayıq olmağa dəvət etdi. 

Seyid Həsən Nəsrullah daha sonra dedi: Bu ilki Qüds günü yürüşünün başlıca sərlövhəsi və şüarı "Əsrin anlaşması" planı ilə mübarizədir və Yaxın Şərq olayları habelə, İran İslam Respublikasını hədəfə alan olayların hamısı birbaşa olaraq bu layihə ilə əlaqədardır. 

Ramazan ayının son cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(rə) tərəfindən Qüds günü elan olunub. 

Qüds günü yürüşü bu il 31 may 2019-cu il tarixinə təsadüf edir. 

Teqlər