İraq prezidenti Əl-Əqsa məscidinin müdafiəsinə təkid etdi
İraq prezidenti Ərəb və İslam ölkələrinin Qüds və Əl-Əqsa məscidini müdafiə etmələrini istədi.
İraq prezidenti Bərhum Saleh cümə axşamı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə Məkkə sammitində dedi: Əl-Əqsa məscidi "kömək" fəryad edir. Halbuki, bu fəryada cavab verən yoxdur.
Bərhəm Saleh həmçinin dedi: İran İslam Respublikası müsəlman və qardaş ölkədir. İranın sabitliyi və təhlükəsizliyi region və Ərəb ölkələrinin xeyrinədir.
Bəhrəm Saleh daha sonra İraqda sabitlik və təhlükəsizliyin bərqərar edilməsi və möhkəmləndirilməsinin region və Ərəb ölkələrinin dəstəyinə ehtiyaclı olduğunu deyərək, əlavə etdi: İraq böhranların həll edilməsi üçün müharibə və zorakılıqdan çəkinilməsini, birbaşa və konstruktuv müzakirələrin aparılmasını istəyir.
İraq prezidenti həmçinin, Suriya xalqının azad və şərəfli bir yaşama malik olmaq haqqını müdafiə edərək, dedi: Ölkələrin hakimiyyət haqqına hörmət edilməlidir. Ölkələrin daxili məsələlərinə xarici müdaxilə qəbul edilməzdir.