Səud muzdurlarının Nəcrandakı əməliyyatı uğursuz qalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341728-səud_muzdurlarının_nəcrandakı_əməliyyatı_uğursuz_qalıb
Yəmənin ordu və xalq komitələri qüvvələri dünən səud muzdurlarının Ərəbistanın Nəcran şəhərinin "Murəbbə Şəcə" məntəqəsində öz mövqelərinə doğru irəliləmək üzrə əməliyyatlarını uğursuz qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2019 04:46 Asia/Baku
  • muzdurlarının Nəcrandakı əməliyyatı uğursuz qalıb
    muzdurlarının Nəcrandakı əməliyyatı uğursuz qalıb

Yəmənin ordu və xalq komitələri qüvvələri dünən səud muzdurlarının Ərəbistanın Nəcran şəhərinin "Murəbbə Şəcə" məntəqəsində öz mövqelərinə doğru irəliləmək üzrə əməliyyatlarını uğursuz qoyublar.

Yəmənin ordu və xalq komitələri qüvvələrinin səud muzdurları ilə toqquşmalarında bir qrup ərəbistan muzduru ölüb və yaralanıb. Həmçinin onların hərbi təchizatları məhv edilibdir.

Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günü-gündən artmaqdadır.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.