Sionist rejim ordusunun generalı dəmir qübbə sisteminin məğlubiyyətini etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341731-sionist_rejim_ordusunun_generalı_dəmir_qübbə_sisteminin_məğlubiyyətini_etiraf_edib
Sionist rejim ordusunun generalı dəmir qübbə sisteminin Təl-Əvivin Fələstin müqavimət qrupları ilə yeni döyüşlərindəki məğlubiyyətini etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2019 07:02 Asia/Baku
  • Sionist rejim ordusunun generalı dəmir qübbə sisteminin məğlubiyyətini etiraf edib
    Sionist rejim ordusunun generalı dəmir qübbə sisteminin məğlubiyyətini etiraf edib

Sionist rejim ordusunun generalı dəmir qübbə sisteminin Təl-Əvivin Fələstin müqavimət qrupları ilə yeni döyüşlərindəki məğlubiyyətini etiraf edib.

Sionist rejim ordusunun generalı Gerşon Hakohen Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın dəmir qübbə sisteminə nüfuz etmək üzrə uğurlu fəaliyyətinə işarə edərək bildirib ki, sionist rejimin Qəzzə zolağındakı önləyicliyi aradan götürülübdür.

Bu sionist general deyib ki, Həmas çoxlu sayda raket atmaqla dəmir qübbəyə üstün gələ bilibdir.

Belə bir halda, sionist Məariv qəzeti yazıb ki, sionist rejimin müharibə nazirliyi Qəzzə zolağındakı döyüşlərin son dövründən və dəmir qübbə sisteminin Fələstin müqavimətinin raketləri qarşısındakı faydasızlığından sonra bu sistem üçün alternativ yaratmaq fikrinə düşübdür.

Müqavimətin son döyüşlərdəki fövqəladə fəaliyyəti, həmçinin sionist hədəflərin dəqiq hədəfə alınmasındakı idarəçiliyi və koordinasiyası dəmir qübbənin dəfələrlə sıradan çıxmasına səbəb olubdur.