Bağdad ətrafında 19 iraqlı qüvvə ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341860-bağdad_ətrafında_19_iraqlı_qüvvə_ölüb_və_yaralanıb
Bağdadın şimal və cənub ətrafında İraqın təhlükəsizlik və Əlhəşduşşəbi qüvvələrinə qarşı iki hücumda dörd nəfər ölüb, on beş nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2019 17:22 Asia/Baku
  • İnqilab Rəhbəri: Müqavimət təfəkkürü bir xalqın ən güclü silahıdır
    İnqilab Rəhbəri: Müqavimət təfəkkürü bir xalqın ən güclü silahıdır

Bağdadın şimal və cənub ətrafında İraqın təhlükəsizlik və Əlhəşduşşəbi qüvvələrinə qarşı iki hücumda dörd nəfər ölüb, on beş nəfər də yaralanıbdır.

Terrorçular İraqın hərbi qüvvələrini Bağdaddan şimalda yerləşən Əltarumiyyə məntəqəsində hədəfə alıblar ki, nəticədə üç hərbçi ölüb, altı nəfər də yaralanıbdır.

Eyni zamanda, terrorçular Bağdadın cənubunda yerləşən "Cərfulsəxr" məntəqəsində Əlhəşduşşəbi qüvvələrinə atəş açıblar. Nəticədə Əlhəşduşşəbi qüvvələrindən bir nəfər ölüb, daha doqquz nəfər də yaralanıbdır.

İŞİD terror qrupunun məğlubiyyətinə və İraqın bütün məntəqələrinin onlardan geri alınmasına rəğmən, bu terror qrupuna tabe olan ünsürlər İraqın xalqına və təhlükəsizlik qüvvələrinə qarşı əməliyyat keçirməyi davam etdirirlər.