Sionist rejim hərbçiləri Livanla sərhəddə hazır vəziyyətə gətiriliblər
"Əlşərquləusət" qəzeti sionist rejim hərbçilərinin Livanla sərhəddə hazır vəziyyətə gətirilmələrindən xəbər verib.
Sionist rejim ordusunun bölmələri Livanın cənub-şərqindəki Şəba tarlalarına köçürülüblər ki, Hizbullah-ın müqavimət qüvvələrinin hərəkətlərini izləmiş olsunlar.
Livanın rəsmi informasiya agentliyi də bildiribdir ki, sionist rejim buldozerləri Ələbbasiyyə şəhərinin işğal olunmuş bölməsində qum təpələri yaradıblar və bu rejim hərbçiləri Şəba əkin sahələrindən işğal olunmuş Əlqəcər şəhərindək üzanan qum yolu boyunca patrul keçməklə məşğuldurlar.
Bundan öncə sionist rejim ordusunun komandanlarından olan Yueyl Strik Livan Hizbullahının işğal olunmuş ərazilərə minlərlə raket atmaq bacarığına malik olduğunu bildirərək, demişdi: Hizbullah Livanın cənubunda sionist rejim ordusunun ehtimal olunan hücumları ilə mübarizə hazırlığına malikdir.