İyun 09, 2019 21:29 Asia/Baku
  • Fələstində Manama iclasına qarşı ümumi tətil keçiriləcək
    Fələstində Manama iclasına qarşı ümumi tətil keçiriləcək

Fələstinli partiya və qruplar bildiriblər ki, "əsrin sövdələşməsi" adlı planın icrası üzrə anti-Fələstin Manama iclası ilə müxalifətdə iyunun 24-ü və 25-də ümumi tətil keçiriləcəklər.

Bu ümumi tətil milli və islami cərəyanların, həmçinin siyasi fəalların və Manama iclasının boykot edilməsi hərəkatı nümayəndələrinin həmin iclasla mübarizə üçün nəzərdə tutduqları tədbirlər istiqamətindədir.

İyunun 23-də Fələstinin müxtəlif şəhərlərində "əsrin sövdələşməsi"nə və Manama iqtisadi iclasına qarşı aksiyaların keçirilməsi bu tədbirlərdəndir.

Amerikalı və bəhreynli məsul şəxslər bundan öncə bildiriblər ki, Manama iqtisadi iclası "əsrin sövdələşməsi" adlı planın icrası istiqamətində iyunun 25-i və 26-da keçiriləcəkdir.

Teqlər