İyun 11, 2019 11:53 Asia/Baku
  • Yəmən pilotsuzları ərəbistanın hava bazasına hücum ediblər
    Yəmən pilotsuzları ərəbistanın hava bazasına hücum ediblər

Ərəbistanın cənub-qərbində yerləşən “məlik xalid” hava bazası bu gün səhər tezdən Yəmən ordusu və xalq komitələri qüvvələrinin pilotsuz hücumu hədəfinə çevriliibdir.

Bu hava bazası ərəbistanın cənub-qərbindəki “Əsir” əyalətinin mərkəzi olan “Xəmis Məşit” şəhərində yerləşir.

Ərəbistanın rəsmi informasiya agentliyi, “məlik xalid” hava bazasına qarşı pilotsuz hücumu xəbərini təsdiq edərək, iddia edib ki, bu pilotsuzlar izlənərək, məhv ediliblər.

Yəmənli pilotsuzlar üç həftə bundan öncə də ərəbistanın Yəmənin ifrastrukturları və yaşayış massivlərinə qarşı intensiv hücumlarına cavab olaraq, ərəbistann qərbində yerləşən Əlduvadimi və Əfifə əyalətlərindəki iki neft pompajı stansiyasını hədəfə alıblar.

Yəmənin Ənsarullah hərəkatı Aramko neft təsisatlarına qarşı son pilotsuz hücumunu əmirliklər və ərəbistandakı 300 hərbi və həyati hədəfə qarşı hücum üçün ehtimal olunan hərbi əməliyyatın bir hissəsi adlandırıb.

Belə bir halda, bildirilib ki, Yəmən ordusu və xalq komitələri qüvvələri dünən gecə səud muzdurlarının bu ölkənin cənub-qərbində yerləşən mövqelərini raketlə hədəfə alıblar.

 

 

Teqlər