Rusiya və Türkiyə İdlibdə atəşkəs baradə razılığa gəliblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342350-rusiya_və_türkiyə_İdlibdə_atəşkəs_baradə_razılığa_gəliblər
Rusiyanın müdafiə nazirliyi Suriyanın İdlib vilayətində atəşkəsin bərqərarı barədə Moskva ilə Ankaranın razılaşmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2019 04:28 Asia/Baku
  • Türkiyə İdlibdə atəşkəs baradə razılığa gəliblər
    Türkiyə İdlibdə atəşkəs baradə razılığa gəliblər

Rusiyanın müdafiə nazirliyi Suriyanın İdlib vilayətində atəşkəsin bərqərarı barədə Moskva ilə Ankaranın razılaşmasından xəbər verib.

Rusiyanın müdafiə nazirliyi dünən gecə bildirib ki, Rusiya və Türkiyə Suriyanın İdlib vilayətində bu ölkənin hökumət qüvvələri ilə müxaliflər arasında tam atəşkəs bərqərar edə biliblər.

Rusiyanın müdafiə nazirliyi sonra bildirib ki, bu atəşkəs İdlib vilayətindəki gərginliyin azaldılması zonasını əhatə edərək, zorakılıqların hissolunacaq dərəcədə azalması ilə nəticələnibdir.

İdlib vilayəti İran, Rusiya və Türkiyənin 4-cü Astana iclasındakı "Gərginliyin azaldılması məntəqələri" adlı razılaşmasına əsasən, atəşkəs məntəqələrindən sayılır, amma Cibhətunnusrə daxil olmaqla terror qruplarına qarşı əməliyyatlar bu atəşkəsə şamil edilmir.

İdlib vilayəti Suriydakı terrorçuların sonuncu bazasıdır.