İyun 16, 2019 13:27 Asia/Baku
  • Ərəbistanın Əbha və Cizan hava limanları bağlanıb
    Ərəbistanın Əbha və Cizan hava limanları bağlanıb

Yəmənli qüvvələrin pilotsuz hücumlarının davam etməsilə ərəbistanın Əbha və Cizan hava limanlarının fəaliyyəti dayanıb.

Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səri dünən axşam bu ölkənin ordusu və xalq komitələrinin pilotsuz bölməsi tərəfindən ərəbistanın beynəlxalq Əbha və Cizan hava limanlarının bombardman edilməsi xəbərini təsdiq edərək, deyib: Bu hücumların ardınca həmin hava limanlarının fəaliyyəti dayanıbdır.

Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi ərəbistana xəbərdarlıq edibdir ki, Yəmənə qarşı təcavüz davam edərsə, qarşıdakı günlərdə səud təcavüzkarları daha kəskin cavabların intizarında olmalıdırlar.

Ötən həftə də yəmənli pilotsuzlar ərəbistanın cənubunda yerləşən Cizan hava limanına hücum edərək, Yəmən savaşında istifadə olunan səud pilotsuzlarının yuvasını hədəfə aldılar.

Ötən həftənin çərşənbə günü səhər tezdən də yəmənli mənbələr bildirdilər ki, bir ədəd modern Kruz raketi ilə Əbha hava limanının nəzarət qülləsini hədəfə alıblar. Nəticədə bu aeroportun bütün uçuşları dayandırılıbdır.

 

 

 

Teqlər