İyun 16, 2019 20:49 Asia/Baku
  • Netanyahunun arvadı cani hesab olunub
    Netanyahunun arvadı cani hesab olunub

Sionist rejimin baş nazirinin arvadı Sara Netanyahu ictimai əmlakdan sui-istifadə işində korrupsiyada ittiham olunaraq, maliyyə cəriməsi ödəməyə məhkum edilibdir.

Sionist Ceruzalem qəzetinin saytı bu xəbəri dərc edərək, əlavə edib: O, bu gün yemək sifariş verməkdə korrupsiya barədəki günahını qəbul etmək üzrə razılaşmanın bir hissəsində məhkum olunub və bu iş ilə bağlı dördillik çəkişmə başa çatıbdır.

Qəzetin yazdığına görə, Sara Netanyahu məhkumluğunun azaldılması qarşılığında maliyyə korrupsiyasındakı günahını qəbul edibdir.

Sionist rejimin baş nazirinin arvadının cəriməsinin ilkin miqdarı yüz min dollar olub, amma məhkumluğunu qəbul etdiyi üçün bu miqdar azaldılıb və Sara Netanyahu on beş min dollar cərimə ödəməyə məhkum edilibdir.

Teqlər