İraqda ABŞ qüvvələrinin bazasına qarşı mərmi hücumu
-
qüvvələrinin bazasına qarşı mərmi hücumu
Hərbi mənbələr ABŞ hərbçilərinin İraqın paytaxtı Bağdadın şimalında yerləşən bazasına tərəf iki mərminin atılmasından xəbər veriblər.
Dünən gecə Bağdadın şimalından otuz kilometr aralıda yerləşən amerikalı qüvvələrin yerləşdikləri "Əltaci" bazasına qarşı azı ik mərmi atılıb. Lakin gülləbaran tələfat törətməyibdir.
Hələ heç kəs bu hücumun məsuliyyətini üzərinə götürməyibdir.
Son günlər və Amerikanın Qərbi Asiyadakı hərbi hərəkətlərinin şiddətlənməsi, xüsusən bu ölkənin bölgədə və İraqdakı qüvvələrini gücləndirmək qərarı ilə bir zamanda Amerikanın İraqdakı hərbi bazalarına qarşı raket və mərmi hücumları artıbdır.
Əksər iraqlılar və iraqlı qruplar ABŞ qüvvələrinin öz ölkələrində iştirakı ilə müxalifət edərək, xarici qüvvələrin İraqda iştirakını bu ölkədəki əmin-amansızlığın əsas amili hesab edirlər.