BMT Suriyadakı terror cinayətlərini əsaslandırmasın
-
BMT Suriyadakı terror cinayətlərini əsaslandırmasın
Suriyanın BMT-dəki daimi nümayəndəsi deyib: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası terrorçuların İdilibdə, həmçinin ətraf şəhər və kəndlərdəki cinayətlərini əsaslandırmaq yerinə, açıq şəkildə onları pisləsin.
"Suriyanın vəziyyətinin araşdırılması" məqsədilə BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Bəşşar Əlcəfəri deyib: Son təcavüz növü, qeyd olunan terror qruplarının iki gün bundan öncə Hələbin cənub ətrafında yerləşən Vəzihi kəndində törətdikləri qırğın olubdur. Bu cinayətdə on iki vətəndaş ölüb və hamısı bir toy mərasimində iştirak edən on altı nəfərdən çox insan da yaralanıbdır. Bu vəhşicəsinə cinayət Təhrirulşam terror qrupunun məcmuəsi altında olan terror qruplarının cinayətləri silsiləsi çərçivəsində həyata keçirilir və Təhrirulşam elə həmin Cibhətunnusrə-dir ki, adı BMT Təhlükəsizlik Şurasının terror təşkilat və qrupları siyahısında qeydə alınıbdır.