"Naturi Karta" yəhudiləri sionist rejimin Nyu-Yorkdakı konsulluğu önündə aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342931-naturi_karta_yəhudiləri_sionist_rejimin_nyu_yorkdakı_konsulluğu_önündə_aksiya_keçiriblər
"Naturi Karta" yəhudi hərəkatının üzvlərindən yüzlərlə nəfər sionist rejim ordusunda xidmətə qarşı çıxaraq, bu rejimin Nyu-Yorkdakı konsulluğu önündə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2019 12:21 Asia/Baku
  • "Naturi Karta" yəhudiləri sionist rejimin Nyu-Yorkdakı konsulluğu önündə aksiya keçiriblər

"Naturi Karta" yəhudi hərəkatının üzvlərindən yüzlərlə nəfər sionist rejim ordusunda xidmətə qarşı çıxaraq, bu rejimin Nyu-Yorkdakı konsulluğu önündə aksiya keçirib.

Yəhudi aksiyaçılar dünən sionist rejimə qarşı şüarlar verərək, bu rejim ordusunda icbari xidmət qanununa və bu qanuna qarşı çıxan qadın fəalların həbs olunmalarına etiraz ediblər.

Yəhudi gənclərin orduda xidmətdən günbəgün artan imtinaları sionist rejim üçün bir problemə çevrilibdir. Belə ki, əksər sionist hərbçilər bu rejim başçılarının militarist siyasətlərindən narazılıq edərək, ordudan qaçmaq üçün hər bir fürsətdən istifadə edirlər.

Sionist rejim yəhudi gəncləri bu rejimin ordusunda xidmətə məcbur etməklə onlardan bölgədəki cinayətləri üçün istifadə edir. Bu üzdən, bu gənclər sionist rejim başçılarının cinayətlərində iştiraka görə, bir növ məyusluğa düçar olublar.