Fələstinlilər Bəhreyn konfransına qarşı aksiya keçiriblər
İordan çayının qərb sahilində, o sıradan Ramullah və Cenin şəhərlərində minlərlə fələstinli Bəhreyn iqtisadi konfransına və “əsrin sövdələşməsi”nə qarşı aksiya keçirib.
Bu aksiyanın iştirakçıları Bəhreyn iqtisadi konfransını Fələstin amallarına qarşı amerikan-sionist fitnə adlandırıblar. Onlar Amerika prezidenti Donald Trampa, sionist rejimin baş naziri Benyamin Netanyahuya və bu iclasda iştirak edən ərəb ölkələrinə qarşı şüarlar veriblər.
Aksiyaçılar daxili ixtilafların kənara qoyulması və milli birliyin reallaşması yolu ilə amerikan-sionist fitnə ilə mübarizəyə təkid ediblər. Onlar deyiblər: Fələstin xalqının hüquqlarına göz yumanlar heç bir vəchlə bu xalqın nümayəndələri ola bilməzlər.
“Əsrin sövdələşməsi”nin icrasının ilk mərhələsi olacaq Bəhreyn konfransı bu gün və sabah Manamada keçirilməlidir.