İyun 26, 2019 19:39 Asia/Baku
  • Ənsarullah önləyici əməliyyatların davam edəcəyini vurğulayıb
    Ənsarullah önləyici əməliyyatların davam edəcəyini vurğulayıb

Yəmən Ali İnqilab Şurasının sədri bu ölkə ordusunun səud koalisiyasnın beşillik hücumlarına cavabda keçirdiyi əməliyyatların dayandırılmasını təcavüzkarlığa son qoyulması ilə şərtləndirib.

Yəmən Ali İnqilab Şurasının sədri Muhəmməd Əli Əlhusi bu ölkə ordusunun önləyici əməliyyatlarını səud təcavüzkarlarının hücumlarının şiddətlənməsinə qarşı təbii cavab adlandırıb və belə deyib: Yəmən ordusunun bu hücumlara qarşı ölçülüb-biçilmiş əməliyyatları davam edəcəkdir.

Əlhusi səud koalisiyasının, bir zaman kəsiyində pilotsuz və raket əməliyyatlarını atəşkəsə sədaqət yolunda dayandırmış Yəmən ordusunun addımı barədəki yanlış təbirinə işarə edərək, əlavə edib: Yəmənli qüvvələrin təcavüzkar koalisiyanın cinayətləri ilə mübarizəyə qayıtmaları səudların sabotajlarına cavab olaraq həyata keçirilir.

Yəmən Ali İnqilab Şurasının sədri müqavimətin təslim olmasını mümkünsüz bir məsələ adlandırıb və belə deyib: Milli Qurtuluş Hökuməti bu ölkənin infrastrukturlarını hədəfə alan düşmənin təcavüzü ilə mübarizə üçün mövcud imkanlar sayəsində öz qabiliyyətlərini yüksəltməyi davam etdirəcəkdir.

 

Teqlər