İyun 28, 2019 10:41 Asia/Baku
  • Amerikan koalisiya 1319 suriyalı və iraqlı mülkini öldürdüyünü etiraf edib
    Amerikan koalisiya 1319 suriyalı və iraqlı mülkini öldürdüyünü etiraf edib

Amerikanın komandanlığı altında olan üzdəniraq anti-İŞİD beynəlxalq koalisiyası dünən bir hesabatda etiraf edibdir ki, bu koalisiya qırıcılarının 2014-cü ilin avqustu ilə 2019-cu ilin mayı arasında Suriyaya və İraqa qarşı hücumlarında 1319 sivil öldürülübdür.

Ötən ay yayılmış öncəki hesabatda amerikan koalisiya Suriya və İraqda 1302 mülkinin öldürüldüyünü etiraf etmişdi.

"İrvers" nəzarət qrupunun araşdırması göstərir ki, amerikan koalisiyanın Suriyaya və İraqa qarşı hava hücumlarında 7900-dan çox sivil öldürülübdür.

Teqlər