Ənsarullah bir yəmənli ailənin 9 üzvünün öldürülməsinə reaksiya verib
Yəmənin Ənsarullah hərəkatınn sözçüsü deyib ki, təcavüzkar səud koalisiyası qırıcılarının yaşayış massivlərinə qarşı hücumları Yəmən xalqını daha da müqavimətli edəcək.
Təcavüzkar səud koalisiyasının qırıcıları cümə günü Təiz əyalətinin cənubunda yerləşən Xədir şəhərinin Vərzan məntəqəsində yerləşən bir mənzili bombalayıblar. Nəticədə bir ailənin 9 üzvü şəhid olub.
Yəmənin Ənsarullah hərəkatınn sözçüsü Muhəmməd Əbdussəlam səud təcavüzkarlarının Təiz əyalətindəki cinayətlərini pisləyərək, bildirib ki, bu cinayət ərəbistan koalisiyasının mülkilərə qarşı qanlı və düşmənçilik hərəkətlərinin davamında həyata keçirlir.
Yəmən hüquq və inkişaf mərkəzinin bir neçə ay bundan öncə yaydığı statistikalara əsasən, Yəmənə qarşı səudiyyə-əmirliklər təcavüzünün başlanmasından dörd ilin keçməsilə ali-səud rejimi qırıcılarının hava hücumları nəticəsində on altı mindən çox yəmənli mülki şəhid olubdur ki, onların təqribən dörd min nəfəri uşaqdır.