Həccədə ərəbistanın casusluq pilotsuzu vurulub
Yəmənin ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri bu ölkənin Həccə əyalətində səudiyyənin daha bir casusluq pilotsuzunu vurublar.
Bir hərbi qaynaq SƏBA xəbər agentliyi ilə müsahibədə Yəmənin ordusu və xalq komitələrinin PUA və artilleriya bölmələrinin Əsir məntəqəsində təcavüzkar səud koalisiyasının muzdurlarına qarşı birgə əməliyyatına işarə edərək, deyib: Bu əməliyyat təcavüzkar qüvvələrdən onlarla nəfərin ölməsi və yaralanması ilə nəticələnibdir.
Belə bir halda, Yəmən ordusu və Ənsarullah hərəkatının snayper qüvvələri qəfil bir əməliyyatda Ərəbistanın Cizan şəhərinin "Cəbəl Əlnar" məntəqəsinin şərqində və Heyran istiqamətində səud koalisiyasının tabeliyində olan yarımhərbçi unsürlərdən bir qrupunu hədəfə alıblar. Nəticədə onlardan on nəfər məhv edilibdir.