Beynəlxalq orqanlar Yəmən xalqının qətli-amında ittiham olunublar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343646-beynəlxalq_orqanlar_yəmən_xalqının_qətli_amında_ittiham_olunublar
Yəmənlilər BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramı tərəfindən xarab olmuş qida maddələri və dərmanların göndərilməsinə etiraz ediblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyul 04, 2019 15:32 Asia/Baku
  • Beynəlxalq orqanlar Yəmən xalqının qətli-amında ittiham olunublar
    Beynəlxalq orqanlar Yəmən xalqının qətli-amında ittiham olunublar

Yəmənlilər BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramı tərəfindən xarab olmuş qida maddələri və dərmanların göndərilməsinə etiraz ediblər.

Bundan öncə Yəmən gömrük idarəsi Ümumdünya Ərzaq Proqramının ərzaq və dərman yardımları adı altında bu ölkənin xalqı üçün göndərdiyi istehlak müddəti başa çatmış xarab dərmanlar və hamilə qadınlara məxsus qida maddələri və undan ibarət yüzlərlə ton yükü Əlhudəydə gömrüyündə aşkar etmişdi.

Yəmənli rəsmilər bildiriblər ki, ilk dəfə deyildir ki, Yəmən xalqının bu yardımlara ehtiyacından sui-istifadə edilir və bu, bir növ dolayısı ilə qırğındır.

Daxili insan haqları orqanları beynəlxalq təşkilatların fəaliyyətlərinin dayandırılması və təhqiqatın icrası vacibliyinə toxunaraq, beynəlxalq cinayət məhkəməsindən istəyiblər ki, bu məsələyə baxmaq üçün işə qarışsın.