BMT: Yarım milyon yəmənli vəbaya tutulub
İyul 09, 2019 09:03 Asia/Baku
-
BMT: Yarım milyon yəmənli vəbaya tutulub
BMT baş katibi sözçüsünün müavini Fərhan Həqq Yəmən barədəki hesabatında bildirib ki, bu il təqribən yarım milyon yəmənli vəbaya tutulub.
Fərhan Həqq bir mətbuat konfransında deyib: Bu il vəba xəstəliyinə yoluxanların sayı 460 min nəfərə çatıbdır. Bu rəqəm ötən il 380 min nəfər idi.
O, əlavə edib: İndiyədək Yəməndə vəbaya yoluxma üstündə 705 nəfər həyatını itirib.
BMT baş katibi sözçüsünün müavini əlavə edib: Yəməndəki son sel və sağlam içməli suyun olmaması vəbanın bu ölkədə yayılmasını sürətləndirən amillərdəndirlər.
Fərhan deyib: Bu il Yəməndə humanitar proqramların icrası üçün bu ölkə vətəndaşlarından təqribən 20 milyon nəfər üçün 4,2 milyard dollar xarici yardıma ehtiyac var.