İyul 16, 2019 13:30 Asia/Baku
  • Efiopiyalı yəhudilər sionist rejimin rasizminə qarşı aksiya keçiriblər
    Efiopiyalı yəhudilər sionist rejimin rasizminə qarşı aksiya keçiriblər

İşğal olunmuş ərazilərin sakinləri olan efiopiyalı yəhudilər- flaşalar bir daha sionist rejimin rasizminə etiraz edərək, bu rejimin parlamenti- knesset-in qarşısında aksiya keçiriblər.

Bu aksiya  sionist rejim məhkəməsinin dünən axşam efiopiyalı gənc Solomon Tikanın qatili olan polisin azad edilməsi barədə hökm çıxarmasından sonra bərpa edilibdir.

İyulun 6-dan bəri minlərlə flaşa yəhudisi efiopiyalı gənc Solomon Tikanın sionist rejim polisi tərəfindən öldürülməsinə etiraz əlaməti olaraq, Təl-Əviv, Hayfa, Eşdud və Eşkelon şəhərlərində etiraz aksiyaları keçirib. Bu aksiyalarda sionist rejim tərəfindən azı altmış nəfər həbs olunub.

Falaşa yəhudiləri sionistlərin vədləri ilə işğal olunmuş ərazilərə mühacirət etmiş yoxsul qruplardandırlar. Onlar orada ayrı-seçkiliyə məruz qalıblar. Onlara üçüncü dərəcəli insanlar kimi baxılır.

Teqlər