M. Əlhusi: Amerika Yəmən xalqının problemlərinin əsas amilidir
İyul 20, 2019 20:53 Asia/Baku
-
M. Əlhusi: Amerika Yəmən xalqının problemlərinin əsas amilidir
Yəmən Ali İnqilab Komitəsinin sədri deyib ki, ərəbistan və əmirliklər Amerikanın siyasətlərini icra edərək, Yəmən xalqı üçün problem yaradıblar.
Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi bu gün Sənada Yəmən əyalətlərinin səhiyyə sektorunun rəisləri ilə görüşdə ABŞ-ın bu ölkədəki təxribatçı rolunu tənqid edib.
Əlhusi əlavə edib: Təcavüzkar səud koalisiyası Yəmənin səhiyyə sektorunu müxtəlif formalarda hədəfə alır və məhz Amerika Yəmən xalqına qıtlıq və aclığı qəbul etdirir.
Yəmən səhiyyə nazirliyinin son statistikasına əsasən, iki milyondan çox yəmənli uşaq pis qidalanmaya düçar olubdur ki, onların 400 min nəfəri ölüm təhlükəsi qarşısındadır.