Dəməşq ABŞ və Türkiyənin Suriya barədə hər cür razılaşmasını pisləyib
Suriyanın xarici işlər nazirliyi vurğulayıb: ABŞ və Türkiyənin Suriya barədə hər cür razılaşması BMT nizamnamasi və qanunlarının aşkar şəkildə pozulması deməkdir.
Suriyanın xarici işlər nazirliyi bir bəyanat yayaraq, Amerikanın bu ölkənin işlərinə qarışmasını kəskin şəkildə pisləyib və bildirib ki, Amerikanın Suriyanın işlərinə qarışmasının davam etməsi bu ölkənin suverenliyini pozaraq, böhranı daha da uzadıbdır.
Bəyanatda deyilir: Türkiyə hökuməti öz milli təhlükəsizliyini qorumaq bəhanəsilə Suriyanın suverenliyinə təcavüzü davam etdirir.
Suriyanın xarici işlər nazirliyi əlavə edib: Amerikanın Suriyadakı fitnəsi bu ölkənin bütün vətəndaşlarını hədəfə alıbdır. Onlar Suriyanın birliyinə zərbə vurmaqla özlərinin bu ölkədəki alçaq planlarını icra etmək istəyirlər.
Türkiyə və Amerikanın hərbi rəsmiləri iyulun 23-də bütün Suriyada terrorizmlə mübarizə, Fərat-ın şərqinin durumu, Mənbic barədə yol xəritəsinin icrası, İdlib razılaşmasının qorunması və Türkiyənin təhlükəsizlik nigarançılıqlarına son qoymaq istiqamətində Suriyada təhlükəsiz məntəqənin yaradılması üzrə səylər barədə danışıblar.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü Vaşinqton ilə Ankaranın kürd bölmələrin Suriyanın şimalındakı təhlükəsiz məntəqədən çıxmaları kimi məsələlər barədə fikir ayrılıqlarına malik olmalarına toxunaraq, deyib: Amerikanın Suriyanın şimalında təhlükəsiz məntəqənin yaradılması ilə bağlı yeni təklifləri Türkiyə üçün qənaətbəxş deyildir.