İyul 27, 2019 19:13 Asia/Baku
  • Ali-xəlifə rejimi iki bəhreynli şəhid gəncin cənazələrinin dəfn olunmasına mane olub
    Ali-xəlifə rejimi iki bəhreynli şəhid gəncin cənazələrinin dəfn olunmasına mane olub

Bəhreyndə əl-Vifaq islami cəmiyyəti ali-xəlifə rejiminin bu gün səhərçağı edam etdiyi iki bəhreynli gəncin cənazəsinin müşayiət və dəfn olunmasının qadağan edilməsindən xəbər verib.

Bəhreyndə əl-Vifaq islami cəmiyyəti öz twitter səhifəsində yazıb: Bəhreyn rejimi bu gün səhərçağı edam olunmuş bəhreynli şəhidlərin cənazələrinin müşayiət olunmalarına mane olub və ailələrinə onları dəfn etmək icazəsi verməyibdir.

Bəhreyn rejimi işgəncə altında şəxslərdən etiraf aldıqdan və  siyasi fəaliyyət ittihamı ilə onları edam etdikdən sonra dəfn mərasiminin bütün detallarını özü təyin edir.

2017-ci ildə daxili işlər nazirliyinin bir zabitini qətlə yetirməkdə ittiham olunan Əhməd İsa əl-Məlahi və Əli Muhəmməd əl-Ərəb adlı iki bəhreynli gənc bu gün səhər edam olunub.

Bu iki bəhreynli gəncin edam olunması hökmünün icrası elə bir halda həyata keçirilib ki, BMT, Human Rights Watch və Beynəlxalq Amnistiya Təşkilatı kimi hüquqi təşkilatlar dünən Bəhreyndən edam hökmünün icrasını dayandırmasını istəmişdilər.

Bəhreyn rejimi ötən yeddi ildə on bir mindən çox Bəhreyn vətəndaşını puç ittihamlarla həbs, bəzilərini isə edam edib. Həmçinin bir çoxlarını vətəndaşlıqdan məhrum və ya bu ölkədən ixrac edibdir.

Teqlər