Avq 07, 2019 18:19 Asia/Baku
  • Sionist rəqiblə mübarizədən vaz keçən iraqlı idmançı geniş şəkildə qarşılanıb
    Sionist rəqiblə mübarizədən vaz keçən iraqlı idmançı geniş şəkildə qarşılanıb

İslami dəyərləri qorumağa görə, sionist rejimdən olan rəqibi ilə yarışdan vaz keçmiş iraqlı idmançı Bağdad hava limanında ölkəsinin xalqı tərəfindən geniş şəkildə qarşılanıbdır.

Öz idman karyerasında dünya, Asiya və ərəb ölkələri birliyinin çempionatları üzrə üç qızıl medal sahibi olan "Muy Tay" döyüş növü üzrə İraq çempionu Əli Əlkənani cümə günü bir beynəlxalq yarışların yarımfinal mərhələsində rəqibinin sionist idmançı olduğunu biləndən sonra onunla qarşılaşmaqdan vaz keçdiyini bildirib.

İraq parlamentinin birinci sədr müavini Həsən Əlkəəbi iraqlı idmançının bu hərəkətini himayə edərək, deyib: İraq cinayətkar və qəsbkar sionist rejimlə münasibətlərin hər cür adiləşdirilməsilə müxalifdir.

Teqlər