Məsciduləqsada onlarla fələstinli yaralanıb
Məsciduləqsada sionist hərbçilərlə toqquşmada onlarla fələstinli yaralanıb.
Əlminar telekanalının məlumatına görə, yüz mindən çox fələstinli bu gün səhər Məsciduləqsa ətrafında Qurban bayramı namazı qılıb.
Sionist rejim hərbçiləri Babulmuğaribə qarşısına toplaşıblar və işğal olunmuş Qüdsün sakinləri onlarla toqquşublar.
Bu məlumata görə, Qüds İslami Vəqflər Şurasının sədri Əbduləzim Səlhəb bu toqquşmalarda yaralanan şəxslərdəndir.
Belə bir halda, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü Hazim Qasim fələstinlilərdən istəyibdir, sionistlərlə mübarizə üçün özlərini Qüds şəhərinə çatdırsınlar ki, sionist qəsəbə sakinlərinin Məsciduləqsa-ya daxil olmaları və bu məscidə hörmətsizlik etmələri ilə mübarizə aparmış olsunlar.
Həmçinin sionist rejimin baş naziri Benyamin Netanyahu bu rejimin xəfiyyə nazirlər kabinetinin fövqəladə iclasının təşkil edilməsini istəyibdir.