Avq 15, 2019 14:32 Asia/Baku
  • Sionist rejimin nazirlər kabinetinin digər bir üzvü korrupsiyada ittiham olunub

Korrupsiyada ittiham olunan sionist rejimin baş naziri Benyamin Netanyahudan və onun arvadından sonra bu rejim prokurorluğu yol nazirini də fırıldaqçılıq və xəyanətdə ittiham edibdir.

Sionist rejimin baş prokuroru Avixay Mandelblit qarşıdakı günlərdə bu rejimin rifah naziri Haim Kats üçün cinayət işi qaldırmaq fikrindədir. 71 yaşlı Kats fırıldaqçılıq, əmanətə xəyanət və öz sərmayələrini idarə edən şəxslərə bu rejimin içərisindən mühüm informasiyalar vermək və bu informasiyalardan sui-istifadə etməkdə ittiham olunur.

Kats Benyamin Netanyahunun başçılıq tdiyi sağçı "Likud" partiyasının üzvüdür və 2015-ci ildən sionist rejimin rifah naziridir.

Teqlər