Sionist rejim qırıcıları Qəzzə zolağına hücum ediblər
Avq 26, 2019 08:32 Asia/Baku
Fələstinli mənbələr bu gün səhər tezdən sionist rejim qırıcılarının Qəzzə zolağına hücumundan xəbər veriblər.
Fələstinli mənbələr bildiriblər ki, sionist rejim qırıcıları Fələstin müqavimət qüvvələrinin Qəzzə zolağının şimalında yerləşən Beyt-Lahiyadakı mövqelərini bombalayıblar.
Bu hücumdan sonra Qəzzə zolağının şimalında bir neçə şiddətli partlayış səsi eşidilib.
Hələ bu hücumun ehtimal olunan xəsarət və tələfatı barədə bir məlumat yayılmayıbdır.
Sionist rejimin qırıcıları, vertolyotları və artilleriyası son həftələrdə dəfələrlə Qəzzə zolağının müxtəlif məntəqələrini hədəfə alıblar.