Əbdulməhdi: Hər bir təcavüzə qətiyyətli cavab verəcəyik
İraqın baş naziri ölkəsinin hər bir təcavüzə qətiyyətli cavab verməyə hazır olduğunu vurğulayıb.
Adil Əbdulməhdi dünən İraq nazirlər şurasının iclasında bu ölkənin silahlı qüvvələrinin diplomatik korpusları, dövlət orqanlarını və xalqı müdafiə etməyə tam hazır olduqlarını bildirib. Deyib ki, İraq hər cür daxili və ya xarici təcavüzə qətiyyətli cavab verməyə hazırdır.
Əbdulməhdi bu iclasda İraq xalq səfərbər təşkilatı- Həşduşşəbi-nin silah anbarları və mərkəzlərinin qorunması üçün lazımi addımların atılmasına təkid edib.
İraq xalq səfərbər təşkilatı- Həşduşşəbi-nin tabeliyində olan hərbi qərargahlar son bir ayda dörd dəfə hücuma məruz qalıblar.
İraqlı rəsmilər bildiriblər ki, bu hadisələrdə Amerikanın və sionist rejimin əlləri var və bu kimi hücumların təkrar olacağı təqdirdə, onlarla mübarizə aparılacaqdır.