Fələstinlilərin təhlükəsizliyinin qorunması Həmas-ın qırmızı xəttidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347473-fələstinlilərin_təhlükəsizliyinin_qorunması_həmas_ın_qırmızı_xəttidir
Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın sözçüsü fələstinlilərin təhlükəsizliyinin qorunmasını müqavimətin qırmızı xətti elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2019 13:34 Asia/Baku
  • Fələstinlilərin təhlükəsizliyinin qorunması Həmas-ın qırmızı xəttidir

Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın sözçüsü fələstinlilərin təhlükəsizliyinin qorunmasını müqavimətin qırmızı xətti elan edib.

Həmas-ın sözçüsü Fuzi Bərhum bu gün vurğulayıb ki, dünən gecə Qəzzə zolağında iki yoxlama-buraxılış məntəqəsinə hücumun və üç fələstinlinin şəhid olmasının amilləri sionist rejim muzdurları olublar. O, deyib: Təhlükəsizlik orqanları, o cümlədən daxili işlər nazirliyi əsla düşmənə Qəzzə zolağında təhlükəsizliyi pozmaq icazəsi verməyəcəklər.

Fələstin daxili işlər nazirliyi bir bəyanat yayaraq bildirib ki, Qəzzə zolağının qərbində yoxlama-buraxılış məntəqələrinə qarşı iki ayrı-ayrı hücumda 3 fələstinli şəhid olub, üç nəfər də yaralanıbdır.

Həmas-ın siyasi bürosunun sədri İsmail Hənyə də vurğulayıb ki, dünənki partlayışlar Qəzzənin təhlükəsizliyinə bir təsir göstərməyəcək və düşmənlər savaş və mühasirə ilə əldə edə bilmədikləri hədəf və fitnələrə bir neçə partlayışla nail olmayacaqlar.

Fələstin İslam Cihadı Hərəkatı da bir bəyanat yayaraq dünən gecə Qəzzə zolağında baş vermiş partlayışları pisləyib və onu Fələstin xalqına qarşı cinayətkar bir addım adlandırıbdır.