İraqda məhərrəm ayına məxsus təhlükəsizlik tədbirləri gücləndirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347858-İraqda_məhərrəm_ayına_məxsus_təhlükəsizlik_tədbirləri_gücləndirilib
İraqın daxili işlər naziri dünya şiələrinin üçüncü imamı, şəhidlər ağası, Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın əzadarlıq mərasimi ilə bir zamanda bu ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2019 11:16 Asia/Baku
  • İraqda məhərrəm ayına məxsus təhlükəsizlik tədbirləri gücləndirilib
    İraqda məhərrəm ayına məxsus təhlükəsizlik tədbirləri gücləndirilib

İraqın daxili işlər naziri dünya şiələrinin üçüncü imamı, şəhidlər ağası, Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın əzadarlıq mərasimi ilə bir zamanda bu ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən xəbər verib.

İraqın daxili işlər naziri Yasin Əlyasiri bu ölkənin federal polisinin komandanı Cəfər Əlbətat ilə görüşdə silahlı qüvvələrin təhlükəsizlik nailiyyətlərinin qorunması və İraqda sabitlik və təhlükəsizliyin təmini üçün verilmiş tapşırığın yerinə yetirilməsində səhlənkarlığın edilməməsini zəruri adlandırıb.

Hər il məhərrəm ayında İraqın daxili və xaricindən, o cümlədən İrandan milyonlarla zəvvar İmam Husəyn(ə) Tasuası və Aşurası mərasimində iştirak üçün İraqda müqəddəs Kərbəla şəhərinə gedir.