Sen 04, 2019 09:09 Asia/Baku
  • Yəmən xalqının qırğın edilməsində ABŞ və Avropanın rolu
    Yəmən xalqının qırğın edilməsində ABŞ və Avropanın rolu

BMT araşdırıcıları Yəməndə hərbi cinayətlər üzrə beynəlxalq şübhəlilər barədə gizli siyahı hazırlayaraq, xəbər veriblər ki, Amerika və Avropa ölkələri səud koalisiyasına silah satmaqla bu cinayətdə əlbirdirlər.

BMT-nin yeni təhqiqatı bildirir ki, Amerika, Fransa və İngiltərə səud koalisiyasına kəşfiyyat köməkləri və himayələr ilə, Yəmənə qarşı hərbi cinayətlərdə, o cümlədən hərbi taktika kimi qıtlığın qəbul etdirilməsində cinayət şərikidirlər.

Bu beynəlxalq təhqiqat rəsmi şəkildə səud koalisiyasını və onun himayədarlarını hərtərəfli mühasirə və hava bombardmanları nəticəsində yəmənli mülkilərin qırğın edilmələrində müqəssir bilir.

BMT araşdırıcılarının məlumatı həmçinin Yəməndə sivillərin qırğın edilmələri və insan haqlarının pozulmasının araşdırılmasında ərəbistanın müştərək dəyərləndirmə komandasının fəaliyyətinin tərəfdarlıq mahiyyətli olması haqda nigarançılıq edibdir.

Yəməndə əmirliklər qüvvələrinə aid məxfi zindanlarda müxaliflərə qarşı qanunsuz həbs, işgəncə, təcavüz və qətl BMT təhqiqatçılarının hesabatında qeyd edilmiş digər cinayətlərdəndir.

Teqlər