Sen 04, 2019 13:43 Asia/Baku
  • Ümumdünya Səhiyyə Təşkilatı minlərlə yəmənlinin həlak olması haqda xəbərdarlıq edib
    Ümumdünya Səhiyyə Təşkilatı minlərlə yəmənlinin həlak olması haqda xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatı dərman çatışmazlığı səbəbindən, xərçəng xəstəliyinin yayılması böhranı nəticəsində on minlərlə Yəmən vətəndaşının həlak olması haqda xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, əgər Yəməndə xərçəngə tutulanların müalicəsi üçün lazımi maliyyə mənbələri təmin edilməzsə, bu ölkə vətəndaşlarından 35 min nəfər həyatını itirəcəkdir.

BMT-nin tabeliyində olan bu orqanın bəyanatında deyilir: Xərçəng xəstəliyi hal-hazırda edam cəzaları kimi qurbanlar almaqdadır və bu, elə bir şəraitdədir ki, bu ölkə yoluxucu vəba xəstəliyi ilə əlbəyaxadır.

Bundan öncə də bir çox insan haqları təşkilatı səudiyyə ərəbistanı rejimi tərəfindən icbari və zalımcasına müharibəyə məruz edilmiş ən yoxsul müsəlman və ərəb ölkəsi olan Yəməndə insan böhranının şiddətlənməsi barədə xəbərdalıq etmişdi.

Teqlər