Sen 08, 2019 13:24 Asia/Baku
  • Ərəbistanın energetika naziri kənarlaşdırılıb
    Ərəbistanın energetika naziri kənarlaşdırılıb

Ərəbistan kralı bu ölkənin energetika naziri Xalid Əlfalihi vəzifəsindən çıxararaq, öz oğlunu onun yerinə təyin edibdir.

Ərəbistan kralı Salman bin Əbduləziz/ Əbduləziz bin Salman bin Əbduləzizi energetika naziri vəzifəsinə təyin edib.

Xalid Əlfalih 2016-cı il mayın yeddisindən ərəbistanın energetika naziri kimi fəaliyyətə başlamışdı.

Əlfalih son zamanlar Aramko neft şirkətinin sədrliyindən də kənarlaşdırılmışdı.

Xalid Əlfalih Aramko-da Muhəmməd bin Salmanla ciddi ixtilaflara düçar olmuşdu.

Muhəmməd bin Salman "ərəbistan 2030" sənədinin əsas konstruktorudur və Aramko-nun paylarının bir hissəsinin tapşırılması da bu sənədin əsası sayılır. Bununla belə, Aramko neft şirkətinin sədri olmuş Xalid Əlfalih bu neft şirkətinin birinə tapşırılması ilə müxalif idi.

Teqlər