Sen 16, 2019 12:57 Asia/Baku
  • Vəlid əl-Muəllim: Dəməşq UNRWA-ya dəstəyi davam etdirəcək
    Vəlid əl-Muəllim: Dəməşq UNRWA-ya dəstəyi davam etdirəcək

Suriyanın xarici işlər naziri bu ölkənin BMT-nin fələstinli didərginlərə yardım və onlar üçün işdüzəltmə agentliyi- UNRWA-ya dəstək verdiyini bildirib.

Suriyanın xarici işlər naziri Vəlid əl-Muəllim dünən UNRWA-nın baş komissarı Pyer Krinbol ilə görüşdə Suriyanın ərəblərin əsas amalı olan Fələstin amalı ilə bağlı möhkəm mövqeyinə təkid edib. Deyib ki, Suriya terror savaşının olmasına rəğmən, Fələstin xalqını himayə etməyə və onun sionist rejim tərəfindən qəsb olunmuş hüquqlarını geri almağa hazırdır.

Suriyanın xarici işlər naziri vurğulayıb ki, sionist rejim Amerikanın aşkar himayəsinə malikdir və Amerikanın yaşıl çırağı ilə Fələstin xalqına qarşı cinayətlərini davam etdirir.

Vəlid əl-Muəllim Dəməşqin UNRWA-nın aradan götürülməsi və onun Fələstin xalqına dəstək istiqamətindəki mühüm rolunun hədəfə alınması üzrə səylərlə müxalif olduğunu vurğulayıb və Suriyanın fələstinlilərə yardımın göstərilməsi üçün UNRWA-ya dəstəyinin davam etməsindən xəbər verib.

Teqlər